“Epic Games” inkişaf etdirdiyi oyun mühərriki texnologiyası (Unreal Engine) ilə illərdir dünya video oyun sənayesinə liderlik edən əhəmiyyətli şirkətlərdən biri olaraq diqqət çəkir. Texnologiyadakı son irəliləyişlər və “Unreal Engine” oyun mühərrikinin inkişafı sayəsində video oyunlardan başqa müxtəlif sektorlar üçün oyun texnologiyalarının istifadəsi ön plana çıxıb.
Simulyasiya, metaverse (uydurma kainat), memarlıq və kino kimi sektorların oyun texnologiyalarından istifadə mümkündür, lakin bu inkişaf edən texnologiya ilə bir çox fərqli sahələrə yol açan “Unreal Engine” texnologiyası üzrə dünyada məhdud sayda mütəxəssis var.
Bu səbəbdən “Epic Games” bütün dünyada peşəkarlığını yoxladığı və təsdiq etdiyi bir sıra şirkətləri bir araya gətirərək portal yaratmağa qərar verib. Xidmət partnyoru olaraq qəbul edilən və “Epic Games” portalında yayımlanan şirkətlər həm bir-biri ilə ünsiyyət quracaq, həm də dünyada öz sahələrində inkişaf etdirilən layihələrə dəstək verə bilmə/ortaqlıq şansı qazanacaq.

Bu tərəfdaşlıq və “Epic Games”in rəsmi xidmət partnyoru portalına daxil edilməsi ilə HAVELSAN həm də öhdəsinə götürdüyü regionlara xas simulyasiya layihələri üzrə işlərini və xidmətlərini nüfuzlu platformada tanıtmaq imkanı əldə edib.
Qapı Malazgirt ilə açıldı
HAVELSAN baş direktoru Mehmet Akif Nacar ciddi oyunlar sahəsində gördükləri işlər çərçivəsində Malazgirt Layihəsinin birinci mərhələsini tamamladıqlarını və ikinci mərhələyə başlayacaqlarını bildirib.
Simulyatorlarda və döyüş oyunlarında real görüntülərin, xarici aləmin və oradakı fiziki təsirlərin real kimi təqdim edilməsinin vacibliyinə diqqət çəkən Nacar ciddi oyunların döyüş meydanının modelləşdirilməsində istifadə ediləcək bir alət halına gətirildiyi zaman əhəmiyyətinin artdığını ifadə edib.
“Bu nə deməkdir? Çaylardan təpələrə, körpülərdən yollara, ağaclardan bitkilərə, küləkdən qara, yağışdan doluya qədər hər cür xarici mühitin sanki real olduğu kimi modelləşdirildiyi bir sahədir”, - deyə o qeyd edib.
Bu sahədə ən inkişaf etmiş oyun mühərriki halına gələn “Unreal Engine” texnologiyasını Malazgirt Layihəsi ilə istifadə etməyə başladıqlarını izah edən Nacar daha sonra “Epic Games” ilə müqavilə imzaladıqlarını ifadə edib.

“Bu razılaşmaya uyğun olaraq, HAVELSAN “Epic Games”in bölgədəki ən əhəmiyyətli nümayəndələrindən birinə çevrildi. “Epic Games”in bəzi satış sonrası xidmətləri və “Unreal” oyun inkişafında səlahiyyətli nümayəndə olaraq HAVELSAN ilə işləmək kimi əməkdaşlıq məsələlərini inkişaf etdirdik. “Epic Games”in regional nümayəndəsi olduq”, - deyə o bildirib.
Nacar ikinci mərhələni tamamladıqdan sonra Malazgirt Layihəsini açıq mənbə olaraq açacaqlarını və onu oyun tərtibatçılarına təqdim edəcəklərini qeyd edib.
“Siz açıq mənbədə qiymətli dəyərlər yarada və onları lisenziyalaşdıra bilərsiniz. Məsələn, ölkəmizdə istifadə olunan platformaların modelləşdirilməsi. Məsələn, “Atak”, “Hürkuş”, “Hürjet”, “Anka”, “Bayraktar TB2”, “Aksungur”, “Akıncı”, MİLGEM, LHD kimi bütün platformaları modelləşdirə və bu modelləri süni zəka tərəfindən dəstəklənən ağıllı vahidlərə çevirə bilərsiniz. Yəni onları oyun mühərriki ilə dəstəkləməklə onların real mühitdə, müharibə mühitində necə 3D təsvir yaratdıqlarını, xarici dünyanın təsirləri ilə birlikdə necə qarşılıqlı əlaqədə olduqlarını, tədrisdə faydalarını görə bilərsiniz. Bu oyun mühitində manevrləri və istədiyiniz bəzi əməliyyat ssenarilərini oyun kimi yerinə yetirə bilərsiniz. Türkiyədə bu sahədə çoxlu oyun şirkətlərinin olduğunu bilirik, böyük bir ekosistem var, təsadüfi oyunlar, ciddi oyunlar və döyüş oyunları kimi sahələrə daha çox üz tutaraq, bu şirkətlərə oyunlar baxımından ölkəmizdə inkişaf etdirilən yerli-milli platformaları inkişaf etdirmələrini təmin etmək istəyirik”, - deyə o vurğulayıb.
“Virtual müharibə mühitini birlikdə reallaşdıracağıq”
HAVELSAN-ın 25 ildən çox modelləşdirmə və simulyasiya təcrübəsi ilə bu sahədə müxtəlif məhsullar inkişaf etdirdiyinə diqqət çəkən Nacar inkişaf edən texnologiyalarla təcrübə mühitinin virtual reallıq və çəkiliş reallığı ilə birləşdirilə biləcəyi bir dünyaya doğru irəlilədiklərini bildirib.

Bu texnoloji inkişafda ciddi oyun texnologiyalarının çox vacib olduğunu vurğulayan Nacar aşağıdakı qiymətləndirmələri edir: “2023-cü il keçmişdən əldə etdiyimiz biliklərin üzərinə vizuallıq əlavə edərək rəqəmsal müharibə mühitini reallaşdıracağımız/real edəcəyimiz və bu sahədə məhsullar istehsal edəcəyimiz bir il olacaq. Bundan sonra daha təkmil məhsullarla bu sahədə varlığımızı davam etdirəcəyik və bir addım önə gedəcəyik. Açıq mənbə olmağın və ekosistemə sahib olmağın üstünlüyü ondan ibarətdir ki, bizim hər bir ssenarini və ya hər platformanı modelləşdirmək və sistemləşdirmək şansımız yoxdur. Bu, yüzlərlə işçi qüvvəsi və səy deməkdir. Buna görə də ekosistemə yayılaraq onları daha sürətli inkişaf etdirmək və inteqrasiya etmək vacibdir. Bu mənada HAVELSAN proqram təminatı çərçivəsini təmin etmək, yol-metodu müəyyən etmək və sonra onları inteqrasiya etmək rolunu öz üzərinə götürəcək və ekosistemlə birlikdə virtual müharibə mühitini birgə reallaşdıracağıq. Çünki dünya ora, “metaverse”yə doğru gedir. “Metaverse” infrastrukturuna bu texnologiyalar da daxildir. Biz müharibə oyunlarından başlayaraq virtual oyunlara və virtual oyunlardan virtual əkizlərə, daha sonra isə real fiziki platformaların və virtual platformaların birlikdə işlədiyi bir dünyaya doğru gedirik. Burada texnologiyanın əvəzedilməz sahələrindən biri də ciddi oyunlar sahəsidir. Biz bu sahədə mövcudluğumuzu daha da möhkəmləndirmək istəyirik. Dünyanın getdiyi yer budur. Ölkəmizin bu sahədə daha da irəli getməsi üçün üzərimizə düşən vəzifəni yerinə yetirməyə hazır olduğumuzu bildirmək istəyirəm”.
Sevinc Əliyeva
Ordu.az